Bank Of Baku

16-cı Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Festivalı və Sərgisinin iştirakçıları İranın Dövlət Televiziyasında olublar - FOTOSESSİYA

16-cı Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Festivalı və Sərgisinin iştirakçıları İranın Dövlət Televiziyasında olublar - <font color=red>FOTOSESSİYA</font>
# 21 oktyabr 2009 11:50 (UTC +04:00)
Tehran. Ramil Məmmədli – APA. Tehranda keçirilən 16-cı Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Festivalı və Sərgisinin iştirakçıları bu gün İranın Dövlət televiziyasında olublar. APA-nın tədbirdə iştirak edən əməkdaşının məlumatına görə, jurnalistlər İRİB-in Azərbaycan, kürd, türk, rus, ərəb və ingilis dillərində yayımlanan "Səhər", "Al Alem", "Al Kövsər" və Press TV kanallarında görüşlər keçiriblər. Qonaqlara kanalların fəaliyyəti və iş prinsipi barədə ətraflı məlumat verilib.

Jurnalistlər televiziyanın xəbərlər, rejissor otaqları, studiyaları ilə də tanış olublar.

Qeyd edək ki, Tehranda keçirilən tədbirdə APA-nın baş direktorunun birinci müavini Nurşən Quliyev və agentliyin əməkdaşı Ramil Məmmədli də iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR