Bank Of Baku

İranın mədəniyyət və irşad naziri Tehranda keçirilən 16-cı Beynəlxalq Mətbuat və İnformasiya Agentliklərinin Festival-Sərgisi ilə tanış olub

İranın mədəniyyət və irşad naziri Tehranda keçirilən 16-cı Beynəlxalq Mətbuat və İnformasiya Agentliklərinin Festival-Sərgisi ilə tanış olub
# 25 oktyabr 2009 07:12 (UTC +04:00)
APA-nın tədbirdə iştirak edən əməkdaşının məlumatına görə, nazir tədbirdə iştirak edən xarici ölkələri təmsil edən mətbuat orqanlarının guşələrini ziyarət edib, onların fəaliyyəti ilə maraqlanıb.
M. Hüseyni Azərbaycan pavilyonunda da olub. Nazir Azərbaycanı təmsil edən “Azəri-Press” (APA) və “Trend” informasiya agentliklərinin fəaliyyəti ilə də maraqlanıb, ona bu barədə ətraflı məlumat verilib.

M. Hüseyni pavilyonla tanışlıq zamanı Azərbaycan və İran arasında mədəni əlaqələrin, o cümlədən mətbuat sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR