Bank Of Baku

Lüksemburqda media azadlıqları və jurnalistlərin informasiya mənbəyinin qorunması mövzusuna həsr olunmuş konfrans keçirilib

Lüksemburqda media azadlıqları və jurnalistlərin informasiya mənbəyinin qorunması  mövzusuna həsr olunmuş konfrans keçirilib
# 26 oktyabr 2009 12:07 (UTC +04:00)
Bu gün Lüksemburqda media azadlıqları və jurnalistlərin informasiya mənbəyinin qorunması mövzusuna həsr olunmuş konfrans keçirilib. APA-nın Avropa Şurasında akkredit olunmuş əməkdaşının verdiyi məlumata görə, konfrans Lüksemburq Deputatlar Palatasının təşəbbüsü ilə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) media üzrə Alt Komitəsi tərəfindən təşkil edilib. Bu dəyirmi masada əsasən avropalı jurnalistlər, media sahəsində çalışan QHT-lər və parlamentarlar iştirak edir. Konfransda bütün Avropa ölkələrində jurnalistlərin üzləşdiyi əsas problemlər, eləcə də jurnalistlərin qorunması, onların hökumət tərəfindən təqib edilməsinin qarşısının alınması və s. kimi məsələlər müzakirə olunub. Tədbirdə çıxış edən AŞPA-nın media üzrə Alt Komitəsinin rəhbəri Andryu Makintoş bildirib ki, « jurnalistlər həyatlarını itirməkdən qorxursa, bu, demokratiyanın təhlükədə olması deməkdir ».
Qeyd edək ki, Andryu Makintoş Britaniya hökumətinin media işləri üzrə sabiq naziri olub və hal-hazırda AŞPA-da media azadlıqları mövzusunda hesabat hazırlayır. Bundan başqa, bugünkü konfransda da kiçik bir hesabat dinlənilib. Media azadlıqları üzrə beynəlxalq mərkəzin direktoru Vilyam Horsleyin hazırladığı bu hesabatda Avropa Şurasına üzv olan bütün ölkələrdə media və jurnalistlərin vəziyyəti ümumi şəkildə əks olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR