Elnur Baimov: “Missiyamız Azərbaycan barədə xəbərləri xaricə yaymaqdır” - MÜSAHİBƏ
- “Taym” jurnalının baş redaktorunun bir sözü var ki, XXI əsrdə informasiya lazım olandan çoxdur və əsas çətinlik bu informasiya bolluğunda oxucuya lazım olanı təqdim etməkdir. Azərbaycanda ingilis dilində bir neçə agentlik xəbər yayır. Amma mənim fikrimcə, o xəbərlər qərb oxucusunun öyrəşdiyi formatda təqdim olunmur. Ona görə də biz belə bir işə başladıq, bu saytı yaratdıq ki, orada qərb oxucusuna adət etdiyi formada Azərbaycan və region barədə əsas xəbərləri yayaq.
- Sizin saytda hansı tipli xəbərlərə üstünlük veriləcək?
- Bizdə əsas xəbərlər Azərbaycanla bağlı olacaq. Şou-biznes xəbərləri olmayacaq. İqtisadi, ictimai və siyasi xəbərlər yayılacaq, bölgədə Ermənistan, Gürcüstan, Türkiyə, İran və Rusiya ilə bağlı xəbərlər yayacağıq.
- Portalın kollektivi tam formalaşıbmı?
- Bəli, kollektiv yığmışıq. Hazırda 10 nəfərdən ibarət heyətimiz var. Onların bir hissəsi əcnəbilərdir, vaxtilə xarici media vasitələrində işləyiblər. Onlar bizə kömək edirlər ki, iş standartlarımızı beynəlxalq xəbər saytlarının səviyyəsinə qaldıraq. İkincisi də, onlar ingilisdilli olduğu üçün bizim xəbərləri özlərinin öyrəndiyi formaya salırlar. Yəni onlar dilin üzərində də işləyir. Azərbaycanlı əməkdaşların isə peşəkar səviyyədə formalaşmasına yardım edirlər.
- Peşəkarlığın dünya səviyyəsinə qaldırıldığını bildirirsiniz, bəs işçilərin əməkhaqqı necə, dünya standartlarına uyğun olacaqmı?
- Azərbaycan üzrə biz yaxşı maaş veririk. Yəni bir neçə işçimiz başqa media qurumlarından bizə transfer olunublar, bunu nəzərə alırıq.
- Saytın siyasi mövqeyi necə olacaq?
- Mən çalışıram ki, siyasətdən uzaq durum. Mövqeyim də hər kəsə bəllidir, nə iqtidar, nə də müxalifətçiyəm. Bu biznes layihədir və biz bütün siyasi qüvvələrlə əməkdaşlıq etməyə hazırıq və edirik.
- Portalın Azərbaycan dilli bölməsi olacaqmı?
- Azərbaycan bölməsi yoxdur. Biz öz missiyamızı Azərbaycan barədə xəbərləri xaricə yaymaqda görürük.
- Tanınmış jurnalistlərdən kimlər sizinlə əməkdaşlıq edəcək?
- Bəzi jurnalistlər özlərini brend kimi adlandırırlar və biz belə şeylərdən uzaq dururuq. Ona görə də biz tanınmış və yaxud tanınmamış jurnalist bölgüsü aparmırıq. İş prinsipimiz belə deyil.
- Saytın perspektivini necə görürsünüz?
- Perspektiv odur ki, qərb auditoriyası üçün Azərbaycan barəsində yayılan xəbərlərin ən aparıcı mənbələrindən biri olaq. Biz saytda video müsahibələr də yerləşdiririk. Bu saytla bir yerdə biz muğam radiosu saytını da açmışıq. Çoxlu fotolar yerləşdiririk. Yəni aktual, heç kimin maraqlarını tapdamayan, tərəf tutmadan xəbərlərin yayılması bizim əsas missiyamızdır.
- Şou - biznes xəbəri yaymaq istəməməyinizin səbəbi nədir?
- Azərbaycanın daxili bazarında şou-biznes xəbərləri artıq lazım olandan çoxdur. Bu çox neqativ bir haldır. Xaricilərin isə ümumiyyətlə bizim şou-bizneslə bağlı heç bir marağı yoxdur. Çünki bizdə şou-biznes çox səviyyəsizdir. Hazırda caz festivalı gedir və biz bu xəbəri yayırıq, həmin xəbər də çox oxunur. Amma Aygün Kazımova ilə bağlı xəbər yerləşdirsək də, bu hansısa xariciyə lazım deyil. Biz də vaxtımızı boşuna sərf etmək istəmirik.
- Portalın təsisçisi kimdir?
- Portalın sahibi də, təsisçisi də, baş redaktoru da mənəm.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO