Bank Of Baku

Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti müzakirə ediləcək

Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti müzakirə ediləcək
# 26 oktyabr 2009 23:55 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 28-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycan KİV sistemində uşaq və gənclər mətbuatının rolu: dünən, bu gün, sabah» mövzusunda dəyirmi masa keçiriləcək.

«Azərbaycan gəncləri» qəzetinin 90 illik yubileyinə həsr olunan tədbirdə ölkədəki uşaq və gənclər mətbuatının mövcud durumundan söhbət açılacaq, bu sahədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin problemləri və yaradıcılıq xüsusiyyətləri ətrafında diskussiyalar aparılacaq. Toplantıda ekspert və mütəxəssislərin, KİV redaktorlarının və jurnalist təşkilatı təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Dəyirmi masa saat 12.00-da Azərbaycan Mətbuat Şurasının ofisində baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR