Bank Of Baku

Lənkəranda Media Resurs Mərkəzi fəaliyyətə başlayıb

Lənkəranda Media Resurs Mərkəzi fəaliyyətə başlayıb
# 27 oktyabr 2009 14:16 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəranda Azərbaycan Jurnalistlər Birliyinin (AJB) Media Resurs Mərkəzi (MRM) layihəsinin təqdimatı olub. APA-nın cənub bürosunun məlumatına görə, yerli icra strukturları və KİV nümayəndələrinin qatıldığı tədbirdə MRM-nin rəhbəri Xaqani İbadov Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə fəaliyyətə başlayan mərkəzin planlarından danışıb. Onu sözlərinə görə, cənub bölgəsində fəaliyyət göstərən KİV-in vəziyyətinin təhlili zamanı bu nəşrlərdə fikir və məlumat azadlığı sahəsində ciddi problemlərin mövcudluğu, onların maddi-texniki bazasının zəifliyi, peşəkarlığın aşağı səviyyədə olması üzə çıxarılıb. Bölgə qəzetləri redaksiyalarının əksəriyyətində müvafiq texniki avadanlıqların olmaması ucbatından bu nəşrlər vaxtaşırı çap oluna bilmirlər. Onun sözlərinə görə, MRM-in fəaliyyətə başlaması ilə region qəzetlərinin texniki bazasının modernləşdirilməsi informasiya məkanında inkişaf ücün ciddi stimul ola bilər.
Layihəsinin əsas məqsədinin bölgədə KİV-in, jurnalistikanın, söz və mətbuat azadlığının inkişafına yardım göstərmək, eyni zamanda yerli mətbuata və bölgədə çalışan jurnalistlərə texniki vasitələri təqdim etməklə onların bu sahədə problemlərini aradan qaldırmaqdan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR