Bank Of Baku

Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti ilə bağlı dəyirmi masa keçirilib - FOTO

Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti ilə bağlı dəyirmi masa keçirilib - <font color=red>FOTO</font>
# 28 oktyabr 2009 15:02 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Azərbaycan KİV sistemində uşaq və gənclər mətbuatının rolu: dünən, bu gün, sabah» mövzusunda dəyirmi masa keçirilib. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov toplantının «Azərbaycan gəncləri» qəzetinin 90 illik yubileyinə həsr olunduğunu bildirib. Onun sözlərinə görə, hazırkı dövrdə uşaq və gənclərlə bağlı mətbuat orqanlarının vəziyyəti ölkə KİV-lərinin ümumi durumundan müsbət mənada fərqlənmir.

15 il “Azərbaycan gəncləri” qəzetinin redaktoru olmuş publisist Yusif Kərimov çıxışında uzun müddət rəhbərlik etdiyi mətbu orqanın tarixindən söhbət açıb. Nəşrin Azərbaycan Xalq Cümhuriyyəti ilə həmyaşıd olduğunu bildirən jurnalist həmin vaxtdan 25 il fəaliyyət göstərən qəzetin Böyük Vətən müharibəsindən sonra “Azərbaycan gəncləri” adını daşıdığını deyib.

«Savalan» qəzetinin baş redaktoru Eldar Əliyev, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Tumurcuq» qəzetinin redaktoru İrfan Məmmədli, «Şəfəq» qəzetinin baş redaktoru Qardaş İsmayılov, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, nəşrin şöbə müdiri Əlipənah Bayramov və digərləri «Azərbaycan gəncləri» qəzetinin fəaliyyəti barədə danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR