Bank Of Baku

Mətbuat haqqında Nizamnamənin 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirəcək

Mətbuat haqqında Nizamnamənin 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirəcək
# 30 oktyabr 2009 04:48 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 30-da Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Mətbuat Nizamnaməsinin qəbulunun 90 illiyinə həsr olunmuş «Mətbuat haqqında Nizamnamə: keçmişdən bu günə dəyişən reallıqlar» mövzusunda dəyirmi masa keçiriləcək.

APA-nın məlumatına görə, Mətbuat Şurasının ofisində təşkil olunacaq tədbirdə Azərbaycanda Xalq Cümhuriyyəti dövrü mətbuatını tədqiq edən alimlərin, həmçinin ekspert və mütəxəssislərin, KİV təmsilçilərinin və jurnalistlərin iştirakı nəzərdə tutulur.

Toplantıda Mətbuat Nizamnaməsində əksini tapan məsələlər haqqında söhbət açılacaq, sənədin müasir dövrümüz üçün də aktual səciyyə daşıyan xüsusiyyətləri ətrafında fikir mübadilələri aparılacaq, ekspert rəyləri dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR