Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Azərbaycan televiziyalarında hələlik yüksək səviyyədə dəyişiklik görmürük”

Nuşirəvan Məhərrəmli: “Azərbaycan televiziyalarında hələlik yüksək səviyyədə dəyişiklik görmürük”
# 30 oktyabr 2009 14:24 (UTC +04:00)
Bu barədə APA-ya MTRŞ sədri məlumat verib. O bildirib ki, telekanal rəhbərləri ilə televiziya verişlərinin və proqramlarının keyfiyyətinin artırılması məsələsi müzakirə olunub: “Onlara müəyyən tövsiyələr verilib. Verilişlərdə bayağılıq, şitlik, sünilik aradan qalxmalıdır. Verilişlərə çağırılan adamlar diqqətlə seçilməlidir. Hər bir insan efirə çıxarılmamalıdır. Efirdə yalnız örnək ola biləcək insanlara yer verilməlidir. Telekanallar normal azərbaycanlı imici yaratmaq üçün öz üzərinə düşən işi görməlidirlər”.

N. Məhərrəmli bildirib ki, son zamanlar televiziya və radiolarda aparılan monitorinqlər milli-mənəvi dəyərlərin qorunması ilə bağlı müsbət dinamikanın olduğunu göstərsə də, problemlər hələ də qalmaqdadır: “Bizim gözlədiyimiz səviyyəyə çatmaq üçün telekanallar çox çalışmalıdır. Telekanallar müəyyən dərəcədə verilişlərinə əl gəzdirib, amma yüksək səviyyədə dəyişikliyi hələ görmürük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR