Bank Of Baku

Beynəlxalq Mətbuat İnstitutu ABŞ prezidentindən Çinə səfəri zamanı mətbuat azadlığı məsələsini qaldırmasını xahiş edib

Beynəlxalq Mətbuat İnstitutu ABŞ prezidentindən Çinə səfəri zamanı mətbuat azadlığı məsələsini qaldırmasını xahiş edib
# 02 noyabr 2009 12:25 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Mətbuat İnstitutu (BMİ) ABŞ prezidenti Barak Obamaya müraciət edərək, növbəti ay Çinə səfəri zamanı mətbuat azadlığı məsələsini qaldırmasını xahiş edib. APA-nın xəbərinə görə, bu barədə BMİ-dən Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) verilən məlumatda bildirilib. Müraciətdə qeyd edilib ki, oktyabrın 1-də Çin polisi tərəfindən evindən aparılan jurnalist Hailaite Niyazi hələ də təcridxanada saxlanılır. Uighurbiz.net-in keçmiş meneceri və redaktoru olan H. Niyazi əvvəllər müxtəlif dövlət qəzetlərində çalışıb.
Pekində yaşayan və uighurbiz-in sahibi İlham Tohtinin Associated Press-ə bildirib ki, H. Niyazinin həbsi 2009-cu ilin iyulunda Xincan əyalətində baş vermiş qiyamın nəticələri barədə xarici mətbuata verdiyi müsahibəsi ilə əlaqədardır.

BMİ-nin məlumatına görə, qiyamdan sonra Çin rəhbərliyi həmin regionda onlayn və telefon danışıqlarını məhdudlaşdırıb, internet isə senzura altındadır. Xincan əyalətində uyğur icmasına aid olan saytların 85 faizinə baxmaq mümkün deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR