Bank Of Baku

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı müsabiqə elan edib

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı müsabiqə elan edib
# 03 noyabr 2009 14:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı müsabiqə elan edib. Fonddan APA-ya verilən məlumata görə, müsabiqə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələri üzrə elan olunub. Müsabiqədə iştirak etmək istəyən jurnalistlər fonda yazı təqdim edə bilər. Mövzular konsepsiyada əks olunmuş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq seçilir.

Müsabiqəyə təqdim olunmuş yazılar ictimai maraqların müdafiəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, jurnalist peşəkarlığı, müasir jurnalistika texnologiyalarının tətbiqi, materialların dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma kimi meyarlara əsasən qiymətləndiriləcək. Hər mövzu üzrə 2 qalib müəyyənləşdiriləcək. Hər qalibə 1000 (bir min) manat məbləğində pul mükafatı veriləcək. Qaliblər fondun xüsusi diplomu ilə təltif olunacaqlar.

Yazılar və sənədlər noyabrın 5-dən dekabrın 5-dək rəsmi iş günləri saat 10.00-dan 16.00-a qədər fondun ofisinə təqdim edilə bilər. Yazılar və tələb olunan sənədlər fonda şəxsən təqdim olunmalıdır. Nəticələr dekabrın 30-dək elan ediləcək. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), A4 formatda çap (3 nüsxə) və elektron (Times New Roman şriftində, diskdə) variantları fonda təqdim edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR