Bank Of Baku

Mingəçevirdə Media Mərkəzi açılacaq

Mingəçevirdə Media Mərkəzi açılacaq
# 04 noyabr 2009 07:23 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Noyabrın 6-da Mingəçevir şəhərində Media Mərkəzinin açılışı olacaq. APA-nın yerli bürosunun xəbərinə görə, mərkəz “Mingəçevir işıqları” qəzetinin ABŞ səfirliyi ilə birgə layihəsi əsasında gerçəkləşib. Tədbirdə hökumət, qeyri-hökumət və KİV təmsilçilərinin iştirakı nəzərdə tutulub.
Media Mərkəzinin açılışında məqsəd ictimai və sosial problemlərin həllində vətəndaş təşəbbüslərinə diqqəti artırmaqla bağlı müzakirələr təşkil etmək, ictimaiyyəti məlumatlandırmaqdır. Bununla əlaqədar mərkəzdə dəyirmi-masalar təşkil olunacaq, seçicilərə doğru seçim etməkdə kömək göstərmək üçün bələdiyyə üzvlüyünə namizədlərlə tok-şoular keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR