Bank Of Baku

“RUH” təmsilçiləri Tiflisdə beynəlxalq konfransda iştirak ediblər

“RUH” təmsilçiləri Tiflisdə beynəlxalq konfransda iştirak ediblər
# 04 noyabr 2009 13:27 (UTC +04:00)
Bakı-APA. Noyabrın 2-3-də Gürcüstanın paytaxtı Tiflis şəhərində «Qafqaz jurnalistləri şəbəkəsi və bölgə xalqları regional inteqrasiya şəraitində» layihəsi çərçivəsində iki günlük konfrans keçirilib. Layihənin yekunlarına həsr olunmuş tədbirdə Azərbaycanı “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin (AJMK) nümayəndələri təmsil ediblər. AJMK-dən APA-ya verilən məlumata görə, bölgə ölkələrində fəaliyyət göstərən media orqanlarının qarşılıqlı əlaqələrini, o cümlədən bu münasibətlərin regionda yaşayan xalqlara təsirini nəzərdə tutan layihə çərçivəsində Qafqaz jurnalistləri şəbəkəsi saytı yaradılıb. Sayt rus və ingilis dillərindədir.

Layihənin qiymətləndirilməsi prosesində onun effektivliyi, davamlılığı, təsir oriyentasiyaları, həyata keçirilməsindəki başlıca vasitələr və digər amillər, həmçinin qarşıya çıxan problemlər nəzərdən keçirilib.

Qeyd edək ki, “RUH” AJMK konfransda Cənubi Qafqaz regionu üzrə həyata keçirilən layihənin Azərbaycan təmsilçisi kimi iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR