Bank Of Baku

Media nümayəndələri üçün «Biznes xəbərlərin yazılması və redaktəsi» mövzusunda treninq keçirilib - FOTO

Media nümayəndələri üçün «Biznes xəbərlərin yazılması və redaktəsi» mövzusunda treninq keçirilib - <font color=red>FOTO</font>
# 10 noyabr 2009 04:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün Bakıda «Biznes xəbərlərin yazılması və redaktəsi» mövzusunda treninq keçirilib.

«Azercell»dən «APA-Economics»ə verilən məlumata görə, tədbir kommunikasiya sahəsində ekspert Aleksandr Straunik tərəfindən keçirilib. A.Straunik Avropanın bir neçə ölkəsində həm jurnalist, həmçinin də kommunikasiya sahəsində müşavir və məsləhətçi kimi uzun illər çalışıb. Onun keçdiyi master kursun məqsədi jurnalistlərə biznes xəbərlərinin yazılması qaydaları haqqında ətraflı məlumat verməkdən ibarət olub. Kurs zamanı xəbər başlıqlarının uğurlu seçilməsi, faktın şərhdən ayrılması, faktın yoxlanılması ilə əlaqədar zəruri məsləhətlər verilib. Həmçinin, İnternetdən istifadə etməklə aparılan tədqiqatlar barədə bilgi kurs iştrakçılarının diqqətinə çatdırılıb.

Kursda biznesdən yazan jurnalistlər üçün praktik məşğələlər, interaktiv oyunlar da təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR