Bank Of Baku

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu Lənkəranda regional tədbir keçirib

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu Lənkəranda regional tədbir keçirib
# 10 noyabr 2009 14:52 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondu bu gün Lənkəranda regional konfrans keçirib. APA-nın cənub bürosunun məlumatına görə, bölgədə fəaliyyət göstərən KİV nümayəndələrinin, yerli rayon qəzetləri redaktorlarının və rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının, həmçinin idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə düzənlənən tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açıb. KİV – in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev Mətbuat Şurasının sədri Əflatun Amaşov, “İki sahil” qəzetinin baş redaktoru Vaqar Rəhimzadə, “Olaylar” İnformasiya Agentliyinin direktoru Yunus Oğuz, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və çıxış edərək Azərbaycan mətbuatının mövcud durumu, dövlətin mətbuata diqqətinin nəticəsi kim yaradılan fondun maliyyələşdirdiyi layihələrin mahiyyəti barədə danışıblar. Bölgədə çıxan qəzetlərin redaktorları isə öz çıxışlarında onların fəaliyyətinə mae olan amillərdən söz açıblar.
KİV – in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin sözlərinə görə, analoji tədbirin respublikanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR