Bank Of Baku

Mətbuat Şurası jurnalistlər üçün təlim kurslarına başlayır

Mətbuat Şurası jurnalistlər üçün təlim kurslarına başlayır
# 11 noyabr 2009 12:35 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurası (MŞ) noyabrın 15-dən jurnalistlər üçün təlim kurslarına başlayacaq. Bu barədə APA-ya MŞ-dən bildirilib. Şuranın Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi «Jurnalist peşəkarlığının artırılması: tədris proqramının hazırlanması və kursların təşkili» layihəsi çərçivəsində baş tutacaq tədbir MŞ-nin tərtib etdiyi tədris planı əsasında keçiriləcək.

Təlimlər medianın müxtəlif sahələrini əhatə etməklə özündə ümumilikdə 12 mövzunu birləşdirəcək. İştirakçılara KİV-hakimiyyət münasibətləri, KİV-in iqtisadi tənzimlənməsi, menecment və marketinq, diffamasiya, internet media, KİV və ekstremal şərait, KİV-də əqli mülkiyyət məsələləri, KİV-ə dövlət yardımı və s. məsələlərlə bağlı məruzələr oxunacaq, praktik situasiyalar ətrafında fikir mübadilələri aparılacaq. Kurslar tanınmış media ekspertləri, müxtəlif sahələrin mütəxəssisləri tərəfindən keçiriləcək.

Kurslar ayrı-ayrı qruplarda noyabrın 15-dən dekabrın 25-dək hər həftənin ilk iki günü olmaqla keçiriləcək. Müdavimlərə Şuranın müvafiq sertifikatları təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR