Azərbaycan mətbuatı APA-nın 5 illik yubileyi haqqında - FOTOSESSİYA
Bakı – APA. Azərbaycan mətbuatı APA İnformasiya Agentliyinin 5 illik yubileyi ilə bağlı müxtəlif yazılar dərc etməyə başlayıb. Bu yazılardan biri bu gün “Bizim Yol” qəzetində, digəri isə “Bakı-Xəbər” qəzetində dərc olunub. Həmin yazıları diqqətinizə çatdırırıq.
“Bizim Yol”: APA ilk yubiley yaşına çatdı
Beş illiyini qeyd etməyə hazırlaşan İnformasiya Agentliyindən maraqlı təəssüratlar
Vüsalə Mahirqızı: «APA-da iş heç zaman bitmir»
APA İnformasiya Agentliyinin 5 yaşı tamam olur. Agentliyin ofisi şəhərin mərkəzi küçələrinin birində, beşmərtəbəli binanın dördüncü mərtəbəsində yerləşir. Ofisin dəhlizini agentliyin bu günə qədər aldığı mükafatlar bəzəyir. Agentlik Lent.az və rusdilli Vesti.az portalları ilə bir yerdə olsa da, hər üç media qurumunun kollektivi başqa-başqa otaqlarda işləyir. Eyni zamanda müxbirlər, redaktorlar, dizaynerlər, tərcüməçilər üçün rahat iş şəraiti olan ayrı-ayrı otaqlar ayrılıb.
APA-a təkcə tərcüməçilərin sayı 10 nəfərdir. Redaksiyada televizor baş redaktorun və redaktorların otağında var. V.Mahirqızı bu durumu belə izah edir ki, müxbirlərin otağında televizor olanda ya futbola, ya da seriala baxırlar. Həmkarım Elnur bəy baş redaktorla razılaşdı, Kəmalə xanım isə “seriala baxmağa vaxt yoxdur” deyə razılaşmadı.
Redaksiyanın yeməkxanası da fəaliyyət göstərir. Yeməkxananın aşpazı olsa da, işçilər yeməklərini özləri ilə gətirirlər, o cümlədən APA-nın baş direktoru Vüsalə Mahirqızı da.
APA dəhlizlərində «donuz qripi» «şoku»
Dəhlizlərdə «donuz qripi»nə görə qoruyucu maska taxan əməkdaşlara rast gəldik. Maraqlandıq, əksəriyyəti Lent.az portalının əməkdaşlarıdır. Deyəsən, APA-nın əməkdaşları virus təhlükəsinə etinasız yanaşırlar, bu barədə Vüsalə xanımdan da soruşduq. Bildirdi ki, «donuz qripi»ndən mühafizə ilə bağlı daxili əmr imzalamayıb.
APA-nın maraqlı, müasir iş üslubu, prinsipləri var. Məşhur xarici media qurumlarında olduğu kimi, burada da əsas planlaşma - hər səhər baş direktorun rəhbərliyi ilə redaktorların müşavirəsi keçirilir.
Vüsalə Mahirqızı qəzetlə agentliyin fərqli iş üslubuna malik olduğunu bildirir. O deyir ki, qəzetdə iş axşama yaxın sürətlənirsə, agentlikdə hər dəqiqənin öz hökmü var: «Ümumiyyətlə, agentlikdə iş bitmir!»
Maaş məsələsinə ildə bir dəfə baxılır…
Ötən illərdə təşkilatlanma və tanınma mərhələlərini geridə qoyan “bağça yaşlı” kollektiv daha böyük iddialardadır. Kollektivin gələcək planlarla bağlı iddiaları hazırkı çərçivəyə sığmır. Əməkdaşlar ilk öncə əmək haqlarının artırılmasını arzulayırlar. Müxbirlərdən adının çəkilməməsini istəyən həmkarımız 350 manat kirayə ödədiyini bildirdi. Ona görə aldığı maaş digər xərclərini tam ödəmir.
Bununla belə, maqazin xəbərlərinin daşıyıcısı Ülkər xanım yaxşı əmək haqqı aldığını deyir: “Asan deyil, müğənnilərin kaprizlərinə dözüm göstərmək, onları tapmaq...”
Ən azı 600 manat maaş alan müxbirin iddialarını baş direktor Vüsalə Mahirqızı da bölüşür: “Ümumiyyətlə, Azərbaycanda əmək haqları məni qane etmir. Müxbirlərin maaşlarına qane ola bilmərəm. Amma biz ildə bir dəfə bu məsələyə baxırıq, çünki jurnalistlərin maaşları fərdi qaydada müəyyənləşdirilir. Azərbaycan mətbuatının durumuna baxanda yüksək maaş veririk. Bununla belə, APA-da kiminsə narazı olması mümkündür. Ancaq həmkarımız 350 manatlıq kirayədə qala bilirsə, bu maaşın ona yetdiyini düşünmək olar. Mən özüm isə yaxşı evdə yaşayıram və kommunal xərclərim də o qədər də çox deyil”.
Baş direktor rəhbərliklə əməkdaşlar arasında heç zaman sədd olmadığını deyir: «Qapım hər zaman jurnalistlərin üzünə açıqdır, gecə saatlarında da onlar məni narahat edirlər, hətta həyat yoldaşımın da telefonu işçilərdə var. Ona görə də kollektivin nədən narazı olduğunu bilirəm və elə şübhəli bir şey də yoxdur. Hər halda, vicdanlı işçi məndən narazı ola bilməz”.
Lent.az APA-ya mane olur
Maraqlıdır, kifayət qədər oxucusu olan Lent.az portalı ilə APA arasında münasibətlər necə tənzimlənir, rəqabət varmı, hər iki media qurumu bir-birlərinə mane olurlarmı?
Vüsalə Mahirqızı Lent.az-ın APA-ya mane olduğunu düşünür: “O mənada ki, xəbər sektorunda işləyən başqa bir qurumdur. Düzdür, portalın APA qədər xəbər axını yoxdur, amma elə informasiyalar var ki, üst-üstə düşür, bəzi məlumatlar da olur ki, portal bizdən tez bildiyindən eksklüziv hüququ onlarda olur. Yəni gizli rəqabət gedir və işçilər arasında biri-birinə qarşı atmacalar da olur”.
Baş direktor gələcək planlarından da söhbət açdı. Dedi ki, APA-nı daha da inkişaf etdirməyi məqsəd qoyub: “Yəni ölkədə nə qədər yaza biləcəyimiz xəbər varsa, fəaliyyətimizi genişləndirməyi nəzərdə tuturuq. Hazırda 5 dildə xəbər yayırıq”.
Lent.az-ın redaktoru Qabil Abbasoğlu isə baş direktorla razılaşmır: “Elə düşünmürəm. Mən portalın cari fəaliyyətinə rəhbərlik edirəm, ona görə də prosesə Lent.az tərəfdən baxıram. Hesab edirəm ki, portalımız heç kimə mane olmur, əksinə hamıya kömək edir”.
Yubileyə Əli Həsənov da, Əli Kərimli də dəvət olunacaq, amma Mehman Əliyev yox
Agentliyin ad gününün Bakı Əyləncə Mərkəzində keçiriləcəyini deyən baş direktor siyasi mövqeyinə görə heç kimə fərq qoyulmayacağını dedi: “Biz Əli Kərimlidən tutmuş Əli Həsənova qədər hər kəsi dəvət etmişik».
Sual verdik, bəs «Turan»ın redaktoru Mehman Əliyevi necə, dəvət etmisinizmi? Vüsalə xanım «yox, dəvət etməmişəm, çünki bu, səmimi çıxmazdı” dedi.
Sonda beş illik yubileyini qeyd edən APA əməkdaşlarını təbrik edir, onlara yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.
Natiq CAVADLI
“Bakı-Xəbər”: Cəmi 5 ildə müdrikləşən agentlik...
APA-nın 5 illik yolunu necə xatırlayırsınız?
APA-nın yaranmasından 5 il ötür. Bu müddət ərzində bu agentlik şərəfli bir yol keçərək ölkənin aparıcı, bir nömrəli informasiya agentliyinə çevrilib. O bu statusa özünün apardığı ardıcıl və qərəzsiz fəaliyyəti, işində obyektivliyi əsas tutmaqla nail olub.
Bu mənada agentlik qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, demək olar ki, çox, həm də böyük işlər görüb. Onun xaricdəki fəaliyyəti də təqdirəlayiqdir. Azərbaycanın müxtəlif sahələrdə tanınmış şəxsləri də APA-nı aparıcı, obyektiv bir agentlik kimi tanıyır. Bunu bizimlə əlaqə saxlayan tanınmışların agentlik barədə fikirlərindən də görmək mümkündür.
Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub agentliyi hadisələrə daha tez reaksiya verən bir qurum kimi tanıdığını dedi: “APA az bir zamanda informasiya agentlikləri içərisində özünə yer tutub. Onu deyim ki, agentliyin informasiyalarını ardıcıl olaraq izləyirəm. Deyə bilmərəm ki, bütün informasiyalar öz tərəfsizliyi baxımından məni qane edir. Amma hər halda, hadisələrə daha tez reaksiyası ilə seçilən agentliklərdən biridir. Bundan sonrakı işlərində də uğurlar diləyirəm. Arzu edirəm ki, tərəfsizliyə lazımi qədər fikir versinlər”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli APA-nın xaricdə tanınmasını daha böyük uğur sayır: “APA-nın rəhbəri Vüsalə Mahirqızı vaxtilə “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru olub. Ona görə də hesab edirəm ki, mətbuat orqanlarından bizə bir köynək daha yaxındır. O baxımdan APA-nın 5 illik yubileyinin bizim üçün də xüsusi əhəmiyyəti var. Biz buna həm də öz bayramımız kimi yanaşırıq. Bütün hallarda hesab edirəm ki, keçən müddət ərzində Vüsalə xanım öz potensialı və imkanlarını ortaya qoyaraq Azərbaycan xanımının nəyə qadir olduğunu sübuta yetirdi. APA ölkənin kütləvi informasiya vasitələri, agentliklər arasında ən aparıcı mövqedədir və hətta ölkə sərhədlərindən xeyli kənarda belə tanınıb. Artıq dünyanın nüfuzlu xəbər agentlikləri APA-nın məlumatlarına da istinad edir. Lent.az, Vesti.az saytlarının yaradılması da onu nümayiş etdirir ki, agentliyin və onun rəhbərinin potensialı kifayət qədər böyükdür. Bu baxımdan həmkarımızın uğurlarına hər zaman olduğu kimi sevinir və ona daha böyük uğurlar diləyirik. Azərbaycanda mətbuat nə qədər inkişafda olarsa, bu, istər-istəməz, bütün mətbuat orqanlarının inkişafına təkan verəcək. Ölkədə informasiya məkanı nə qədər geniş olarsa, peşəkarlar nə qədər çox olarsa, bu medianın da fəaliyyətinə uğurlu təsir edir. APA-ya uğurlar arzulayıram”.
Dinşünas Elşad Miri agentliyin dini mövzulara geniş yer ayırmasını arzulayır: “Bu agentlik az bir müddətdə çox böyük işlər görüb. Bu gün insanlara onlar daha çox obyektiv informasiya çatdırıblar. Bunu şərhsiz olaraq etməyə çalışdılar. Xaricilərin də həmin informasiya agentliyinə müraciət etmələri onların uğurlarının əsas amilidir. Elə bir gün olsun, APA-nın iqtisadi, siyasi, idman şöbəsi olduğu kimi, dini və mənəvi sahələrə də daha geniş şəkildə xüsusi yer ayrılsın”.
“Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova əvvəllər bu agentliklə sıx əməkdaşlıq edib: “Amma ola bilsin, bizim boşluğumuz üzündən son illər elə də sıx əməkdaşlıq etmirik. Lakin əvvəllər APA bizim təşkilatın təbliğatında aparıcı rol oynayıb. Aktual məsələlərə vaxtında və çevik yanaşırlar. Lazım olan ekspertləri tapa bilmələri, dəqiq informasiya hazırlamaları ilə seçilirlər. Fəaliyyətləri məni tam qane edir”.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni bu layihəni Vüsalə xanımın ən uğurlu layihələrindən biri kimi dəyərləndirir: “Həqiqətən də agentlik çox gözəl bir informasiya qurumu olduğunu nümayiş etdirib. Çeviklik, operativlik, obyektivlik baxımından da digərlərini xeyli geridə qoyub. Bu, qeyri-hökumət təşkilatlarının böyük əksəriyyətinin fikri kimi qəbul oluna bilər. Tam məsuliyyətlə deyə bilərəm ki, APA rəqabətə davamlı, öndə gedən və öz dəsti-xətti olan bir agentlikdir”.
“Bakı-Xəbər” qəzeti olaraq biz də baş redaktorumuz Aydın Quliyev başda olmaqla, APA və onun rəhbərini yubiley münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.
Rüfət SULTAN

Media
Lent.az-ın 18 yaşı tamam olur
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir