Bank Of Baku

İsrail səfirliyinin nümayəndələri APA-nın baş direktoru ilə görüşüblər - FOTO

İsrail səfirliyinin nümayəndələri APA-nın baş direktoru ilə görüşüblər - <font color=red>FOTO</font>
# 12 noyabr 2009 11:42 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İsrailin Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi, xanım Yudit Qalili Metser və səfirliyin mətbuat idarəsinin yeni rəhbəri Elsevər Məmmədov APA-nın redaksiyasına gələrək baş direktor Vüsalə Mahirqızı ilə görüşüblər. V. Mahirqızı rəhbərlik etdiyi informasiya agentliyi barədə qonaqlara ətraflı məlumat verərək deyib ki, bu günlərdə 5 yaşı tamam olacaq agentliyin Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində saytı fəaliyyət göstərir. O bildirib ki, ölkədə, regionda və dünyada baş verən vacib hadisələrə dair gündə 3 dəfə yayılan ümumi bülletenlə yanaşı, iqtisadi xəbərləri özündə əks etdirən “APA-Economics” bülleteni və müxtəlif mövzularda analitik buraxılışlar da hazırlanır. Baş direktor agentliyin gələcək planları barədə də məlumat verib.

Y. Q. Metser isə Azərbaycanda çalışdığı 2 il ərzində hər zaman APA-nın məlumatlarından yararlandığını, redaksiya və onun rəhbərliyi ilə şəxsən tanış olmaq istədiyini vurğulayıb.

Görüşdə redaksiya ilə səfirlik arasında əməkdaşlığın genişləndirilməsi yolları da müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR