Bank Of Baku

Cahangir Məmmədli: “İctimai Teleradio 2014-cü ilə qədər dövlət büdcəsindən maliyyələşəcək”

Cahangir Məmmədli: “İctimai Teleradio 2014-cü ilə qədər dövlət büdcəsindən maliyyələşəcək”
# 13 noyabr 2009 11:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Görünür, maliyyə naziri Samir Şərifov “İctimai Teleradio haqqında” qanunda dəyişiklik olması barədə məlumatsızdır”. Bunu APA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayım Şurasının sədri Cahangir Məmmədli deyib.

Maliyyə nazirinin İctimai Teleradionun maliyyələşməsinin reklam hesabına olması barədə fikirlərinə münasibət bildirən C. Məmmədlinin sözlərinə görə, bu il “İctimai teleradio haqqında” qanunun 5-ci fəslinə əlavələr edib: “Qanunun 23.1.1 maddəsi - yəni bu qurumun abonent haqqında daxil olmalarla maliyyələşməsinin 2010-cu ildən qüvvəyə minməsi maddəsini Milli Məclisin qərarı ilə dəyişib və İctimai Teleradionun 2014-cü ilə qədər dövlət büdcəsindən maliyyələşməsi qərara alınıb. Bu qərar prezidentin fərmanı ilə təsdiq olunub. Yəni İctimai Teleradio 2014-cü ilə qədər dövlət büdcəsindən maliyyələşəcək. İctimai teleradionun həmin müddətə kimi dövlət büdcəsindən maliyyələşməsi zəruridir, bunu heç cür dəyişmək olmaz ”.

Nazirin reklamla bağlı dediklərinə gəldikdə C. Məmmədli bildirib ki, İctimai Teleradio heç vaxt reklam dalınca qaça bilməz: “Ona görə ki, İctimai Teleradio maarifçilik funksiyasını yerinə yetirir və bu televiziya reklam dalınca qaçmır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR