Bank Of Baku

“Azərbaycanda diffamasiya və ifadə azadlığı” mövzusunda konfrans keçiriləcək

“Azərbaycanda diffamasiya və ifadə azadlığı” mövzusunda konfrans keçiriləcək
# 13 noyabr 2009 11:50 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Noyabrın 16-da Avropa Şurası (AŞ) Azərbaycan Mətbuat Şurası ilə birgə “Azərbaycanda diffamasiya və ifadə azadlığı” mövzusunda konfrans keçirəcək. Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisindən APA-ya verilən məlumata görə, konfransda Azərbaycan Respublikası prezidentinin administrasiyasının, Milli Məclisin, habelə kütləvi informasiya vasitələrinin və Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların və səfirliklərin, eləcə də Avropa Şurasının nümayəndələrinin iştirakı gözlənilir. Ofisdən bildiriblər ki, müxtəlif tərəfləri bir araya gətirməklə konfrans Azərbaycanda ifadə azadlığının vəziyyəti barədə, habelə diffamasiya haqqında qanunun qəbuluna və ya digər qanunvericilik dəyişikliklərinə olan ehtiyac barədə diskussiya açılmasına şərait yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR