Bank Of Baku

Avropa Birliyinin “Şərq tərəfdaşlıq proqramı”na daxil olan ölkələrdə medianın durumuna dair hesabat hazırlanacaq

Avropa Birliyinin “Şərq tərəfdaşlıq proqramı”na daxil olan ölkələrdə medianın durumuna dair hesabat hazırlanacaq
# 13 noyabr 2009 12:13 (UTC +04:00)
Bakı-APA. Berlində Avropa Birliyinin “Şərq-tərəfdaşlıq proqramı”na daxil olan ölkələrin (Ukrayna, Moldova, Belarus, Gürcüstan, Ermənistan, Azərbaycan) media qurumlarının toplantısı keçirilib. Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təşəbbüsü ilə keçirilən toplantıya qurumun qeyd edilən ölkələr üzrə təmsilçi təşkilatları qatılıblar. Azərbaycanı tədbirdə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli və İctimai TV-nin Həmkarlar Komitəsindən Elnur Əliyev təmsil ediblər. JuHİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun sədri Müşfiq Ələsgərli bildirib ki, tədbirin məqsədi Avropa Birliyinin “Şərq tərəfdaşlıq proqramı”na daxil olan ölkələrdə medianın vəziyyətinə dair hesabatların dinlənilməsi, problemlərin təsnifatlaşdırılması və çıxış yollarına dair müzakirələrin aparılması olub: “BJF-nin qeyd edilən ölkələr üzrə təmsilçilərinin hər biri təmsil etdikləri ölkələrdə söz azadlığının inkişafını əngəlləyən məqamlar, keçirilməsi zəruri olan islahatlar barədə məlumat verdilər. Sonra qərara alındı ki, bu hesabatlar rəsmi sənəd halına salınaraq BJF-yə təqdim edilsin, daha sonra dünya ictimaiyyəti üçün açıqlansın”.

M. Ələsgərli bildirib ki, BJF üzv olan ölkələrdə həmkarlar təşkilatlarının möhkəmləndirilməsi baxımından da əhəmiyyətli proqram hazırlayıb. Bu proqramın mahiyyəti yaxın vaxtlarda açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR