Bank Of Baku

“Musiqi dünyası” jurnalının 10 illiyinə həsr olunmuş konfrans keçirilib

“Musiqi dünyası” jurnalının 10 illiyinə həsr olunmuş konfrans keçirilib
# 14 noyabr 2009 09:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün “Azərbaycan Bəstəkarlar İttifaqı - 75” Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Musiqi dünyası” jurnalının 10 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən jurnalın baş redaktoru Tariyel Məmmədov bildirib ki, jurnalın ilk növbəsi 1999-cu ilin sentyabrın 18-də işıq üzü görüb: “Hələ sovet dövründən Azərbaycanda professional musiqi jurnalı olmayıb. “Musiqi dünyası” Azərbaycanda ilk professional musiqi jurnalıdır. 10 il ərzində jurnalın 41 sayı, 2000-dən artıq elmi məqalə işıq üzü görüb. Jurnal elmi, publisistik, tənqidi, pedaqoji, beynəlxalq jurnaldır”.

T. Məmmədovun sözlərinə görə, 1999-cu ildə jurnal ilk dəfə olaraq elektron versiyada da yayımlanıb. İndiyədək jurnalın mütəxəssisləri tərəfindən 28 veb-sayt hazırlanıb və internetə daxil edilib. Son zamanlar isə “Musiqi dünyası”nın radio-jurnal versiyası hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR