Bank Of Baku

Tiflisdə Cənubi Qafqaz ölkələrinin 6-cı illik media-konfransı keçiriləcək

Tiflisdə Cənubi Qafqaz ölkələrinin 6-cı illik media-konfransı keçiriləcək
# 17 noyabr 2009 10:29 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Noyabrın 19-20-də Tiflisdə Cənubi Qafqaz ölkələrinin 6-cı illik media-konfransı keçiriləcək. APA-nın məlumatına görə, tədbir ATƏT-in Mətbuat Azadlığı Ofisinin təşkilatçılığı ilə baş tutacaq. Konfransda ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin iştirakı gözlənilir.

Azərbaycan, Gürcüstan və Ermənistan media təmsilçiləri KİV azadlığı və ölkələrində mətbuatla bağlı problemlər barədə fikir mübadiləsi aparacaqlar. Konfransda tədbirin yekunlarına dair deklarasiya qəbul ediləcək, həmin sənəddə gələcək fəaliyyətlə bağlı ümumi tövsiyələr yer alacaq.

Qeyd edək ki, tədbirdə APA-nın baş direktoru Vüsalə Mahirqızı da iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR