Bank Of Baku

Latviyalı ekspertlər hüquqi mövzuda yazan Azərbaycan jurnalistləri üçün treninq-məşğələ keçirəcək

Latviyalı ekspertlər hüquqi mövzuda yazan Azərbaycan jurnalistləri üçün treninq-məşğələ keçirəcək
# 18 noyabr 2009 00:57 (UTC +04:00)
Bakı – APA. Bu gün saat 12.00-da Mətbuat Şurasında Latviyanın Korrupsiyaya qarşı mübarizə Bürosu əməkdaşlarının Azərbaycan jurnalistləri üçün treninq-məşğələsi keçiriləcək.

Avropa İttifaqına üzv dövlətlərin və Benefisiar ölkələrin idarəçilik qurumları arasında əməkdaşlıq vasitəsi olan Tvininq layihəsi çərçivəsində baş tutacaq tədbirdə əsasən hüquqi mövzuda yazan KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Treninqdə jurnalistlərə hüquqi mövzunun işıqlandırılmasında müasir tendensiyalar barədə məlumat veriləcək, qarşılıqlı əməkdaşlığın digər aspektləri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR