Bank Of Baku

«Monitor Konsalting» jurnalının növbəti sayı çap olunub

«Monitor Konsalting» jurnalının növbəti sayı çap olunub
# 20 noyabr 2009 12:24 (UTC +04:00)
Bakı - APA. «Monitor Konsalting» jurnalının 5-ci sayı çapdan çıxıb. Jurnalın baş redaktoru Qalib Bayramovun APA-ya verdiyi məlumata görə, jurnalının son sayında yeni təsdiq olunan “Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklərin şərhinə, Sahibkarlığa Kömək Milli Fondunun yeni əsasnaməsinin və Fondun vəsaitlərinin yeni istifadə qaydalarının izahına həsr olunmuş məqalələr verilib. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Ərəstun Məcidovla geniş müsahibənin dərc olunduğu jurnalda Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) baş katibi Yasin Göral Türkiyə-Ermənistan və Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı təmsil etdiyi qurumun mövqeyini də açıqlayıb.

Bundan başqa, jurnalın son sayında hamiləliyə görə məzuniyyəti necə hesablanması, bunun üçün hansı sənədlərin tələb olunması, doğuma görə müavinətin alınması qaydası, ezamiyyə xərclərini hansı halda kimin ödəməli olması, əmək haqqı üzrə ödənişə qol çəkilmədiyi halda sahibkarı hansı maliyyə sanksiyasının gözlədiyi və s. barədə məlumat dərc edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR