Bank Of Baku

Lent.az portalı fəaliyyətini bərpa edib

Lent.az portalı fəaliyyətini bərpa edib
# 21 noyabr 2009 11:25 (UTC +04:00)
Bakı-APA. Lent.az portalı noyabrın 20-də məruz qaldığı haker hücumundan sonra fəaliyyətini bərpa edib. APA-nın məlumatına görə, portalın texniki xidmət şöbəsinin əməkdaşları saytın normal fəaliyyəti üçün bütün tədbirləri həyata keçirirlər.

Haker hücumu noyabrın 20-də Bakı vaxtilə saat 15:20-də başlayıb və hücum “Troyan bot net” tipli virus vasitəsilə həyata keçirilib. Virusa yoluxmuş kompüterlər vahid mərkəzdən idarə olunub və eyni anda portala sorğu göndərib. Server müraciətlərə cavab verə bilmədiyinə görə baza servisi sıradan çıxıb. Texniki şöbənin əməkdaşları hücumun qarşısını alsalar da, bazanı bərpa etmək hələlik mümkün olmayıb.

Hadisə nəticəsində, Lent.az-ın 2009-cu ilin fevralından bu günə kimi olan arxivi itib. Arxivin bərpa edilməsi üçün zəruri tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR