Bank Of Baku

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti Avstriyada səfərdədir

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti Avstriyada səfərdədir
# 24 noyabr 2009 08:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti Avstriyada səfərdədir. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun icraçı direktoru Vüqar Səfərlinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə fondun Müşahidə Şurasının sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Müşahidə Şurası sədrinin müavini, “İki sahil“ qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, şuranın üzvləri – Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov daxildir. Səfərdə məqsəd kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi ilə əlaqədar Avstriyanın təcrübəsi, bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının strukturu və iş prinsipləri ilə tanışlıqdır.

Noyabrın 23-də nümayəndə heyəti mərkəzi ofisi Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutunun və Avstriya Kommunikasiya İdarəsinin (“KommAustria”) rəhbərliyi ilə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR