Bank Of Baku

“Aqo” qrupunun üzvləri həbsdə olan jurnalistlərlə qapalı görüş keçiriblər

“Aqo” qrupunun üzvləri həbsdə olan jurnalistlərlə qapalı görüş keçiriblər
# 24 noyabr 2009 10:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” monitorinq qrupunun üzvləri 2 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə olan jurnalist Eynulla Fətullayev və 17 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşüblər. Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzindən APA-ya verilən məlumata görə, qrup üzvləri ilə baş redaktorlar arasında görüşlər qapalı keçirilib. Görüşdə müzakirə olunan məsələlərlə bağlı “Aqo” qrupunun üzvləri səfərin yekunları ilə bağlı keçirəcəkləri mətbuat konfransında məlumat verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR