Bank Of Baku

Azərbaycanın bəzi media nümayəndələri “Aqo” qrupunun üzvləri ilə görüşüblər

Azərbaycanın bəzi media nümayəndələri “Aqo” qrupunun üzvləri ilə görüşüblər
# 24 noyabr 2009 12:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın bəzi media qurumlarının rəhbərləri ölkədə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” monitorinq qrupunun üzvləri ilə görüş keçiriblər. “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov APA-ya bildirib ki, görüşdə onunla bərabər İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Rafiq Nəbiyev və media hüququ üzrə ekspert Ələsgər Məmmədli də iştirak edib. Ə. Məmmədli Azərbaycanda media sahəsində mövcud olan qanunlar və onların icrası ilə bağlı qonaqlara məlumat verib. A. Əhmədov isə həbsdə olan jurnalistlər, bloqgerlər barədə danışıb. İTV-nin nümayəndəsi öz növbəsində təmsil etdiyi qurumun müstəqil fəaliyyət göstərdiyini, televiziyanın efirində siyasi partiyalara yer ayrıldığını bildirib. “Aqo” nümayəndələri səslənən fikirlərə dair rəylərini bildirməyiblər və öz münasibətlərini sabah keçirəcəkləri mətbuat konfransında açıqlayacaqlarını deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR