Bank Of Baku

Media nümayəndələri ilə bəzi dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərləri arasında görüş keçirilib

Media nümayəndələri ilə bəzi dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərləri arasında görüş keçirilib
# 25 noyabr 2009 11:16 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın media nümayəndələri ilə bəzi dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərləri arasında görüş keçirilib. APA-nın məlumatına görə, Söz Azadlığını Müdafiə Fondunun təşəbbüsü ilə keçirilən görüşdə KİV və mətbuat xidmətləri arasında əlaqələr müzakirə edilib. Fondun sədri Musa Yaqub bildirib ki, görüşün keçirilməsində məqsəd dövlət qurumları ilə KİV arasında mövcud əlaqələrin pozitiv və neqativ cəhətlərini təhlil etməkdən ibarətdir. KİV nümayəndələrinin bəzi dövlət qurumlarından informasiya almaqda çətinlik çəkdiyini söyləyən M. Yaqubun fikrincə, bu problemlərin həll olunmasının vaxtı çatıb.

Tədbirdə çıxış edən Sənaye və Energitika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli bəzi KİV nümayəndələrini qeyri-peşəkarlıqda günahlandırıb: “Təssüflə deməliyəm ki, bu gün bir sıra mətbuat orqanlarında jurnalistikadan anlayışı və bu işə aidiyyəti olmayan şəxslər çalışır. Biz bir çox KİV nümayəndələri ilə normal əməkdaşlıq edirik. Lakin hər jurnalist nazirdən müsahibə götürmək istəyir. Hamımız başa düşməliyik ki, nazir hökumət nümayəndəsidir və onlar hər gün bir jurnalisti qəbul edə bilməz”.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı isə reket jurnalistlərdən gileylənib: “Sizi inandırım ki, bu gün ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri təhsil müəssisələrinə üz tutmur. Lakin adını belə eşitmədiyimiz mətbu orqanların nümayəndələri hər gün bir məktəbə gedirlər. Təbii ki, onlar reketçiliklə məşğul olurlar”.

Sonra tədbir qarşılıqlı diskussiya şəklində davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR