Bank Of Baku

Zərdabi Mətbuat Mərkəzi jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayacaq

Zərdabi Mətbuat Mərkəzi jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayacaq
# 25 noyabr 2009 21:25 (UTC +04:00)
Bakı – APA. Bu gün Zərdabi Mətbuat Mərkəzi Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi «Medianın ilk mənbədən informasiya alması: mövcud tendensiyaların monitorinqi və peşəkarlığa dəstək» layihəsi çərçivəsində «Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları» mövzusunda dəyirmi masa keçirəcək.

Mərkəzdən APA-ya verilən məlumata görə, tədbirdə layihə çərçivəsində KİV təmsilçiləri arasında aparılan sorğunun nəticələri açıqlanacaq. Nəticələrdə KİV-in ilk mənbə ilə iş xüsusiyyətləri, qarşıya çıxan problemləri, ümumiyyətlə mövcud sahədəki çatışmazlıqlar barədə statistik rəqəmlər əksini tapıb. Sorğu 100 respondent arasında keçirilib.

Media və mətbuat xidməti təmsilçilərini bir araya gətirəcək dəyirmi masa saat 12.00-da Azərbaycan Mətbuat Şurasının ofisində baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR