Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının sədri: “Bakıda media ilə bağlı beynəlxalq konfrans keçirilməsi gözlənilir” - FOTO

Azərbaycan Mətbuat Şurasının sədri: “Bakıda media ilə bağlı beynəlxalq konfrans keçirilməsi gözlənilir” - <font color=red>FOTO</font>
# 26 noyabr 2009 15:25 (UTC +04:00)
Bakı-APA. Azərbaycan paytaxtında “MDB məkanı KİV-də etik prinsiplər: problemlər, tendensiyalar” mövzusunda beynəlxalq konfrans keçirilməsi gözlənilir. Bu barədə APA-ya Mətbuat Şurasından daxil olan məlumatda bildirilib. Məlumatı Avstriyada səfərdə olan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlayıb. Vyanada fəaliyyət göstərən müxtəlif jurnalist təşkilatlarındakı görüşlərin məhsuldar keçdiyini deyən Şura sədri belə bir təşəbbüsün qarşılıqlı müzakirələr sonrası meydana çıxdığını vurğulayıb: “Tədbirin Bakıda keçirilməsi istər Azərbaycan, istərsə də bütövlükdə MDB məkanı üçün əhəmiyyətlidir. Azərbaycan Mətbuat Şurası 6 ildir ki, fəaliyyət göstərir. Qurum media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi sahəsində yetərincə təcrübəyə malikdir. MDB məkanının digər yerlərində Mətbuat Şurası bir institut olaraq zəif inkişaf edib. Bu baxımdan Azərbaycandakı eyni adlı qurumun iş praktikasının araşdırılması əhəmiyyətlidir. Əlbəttə, nöqsan və çatışmazlıqlar, həmçinin öyrənilməli olan bir çox istiqamətlər də var. Bütün bunlarla bağlı avropalı ekspertlərin fikirlərinin, o cümlədən Mətbuat Şurası ilə bağlı böyük tarixə malik Avstriyanın təcrübəsinin daha yaxından mənimsənilməsi maraqlı olardı”.

Qeyd olunub ki, bu kimi məqamlarla bağlı MŞ sədri və Şura sədrinin müavini Umud Rəhimoğlunun Avstriyada Mətbuat Şurası məsələləri üzrə koordinator Andrea Kollerlə görüşündə müzakirələr aparılıb. A. Koller bildirib ki, 40 illik tarixə malik Avstriya Mətbuat Şurası hazırda fəaliyyətini dayandırıb. Şuranın təsisçilərindən biri qəzet sahibkarları assosiasiyasıdır: “Şura isə assosiasiyaya üzv olan qəzetlər barədə kəskin qərarlar çıxarıb. Nəticədə təsisçilər arasında fikir ayrılıqları yaranıb və Şura fəaliyyətini dayandırıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR