Bank Of Baku

Səddam Hüseyn “Azadlıq” radiosunun mənzil-qərargahına hücum hazırlayıbmış

Səddam Hüseyn “Azadlıq” radiosunun mənzil-qərargahına hücum hazırlayıbmış
# 30 noyabr 2009 10:57 (UTC +04:00)
Bakı – APA. Çexiya əks-kəşfiyyatının nümayəndələri İraqın keçmiş prezidenti Səddam Hüseynin “Azad Avropa / Azadlıq” radiostansiyalarının mənzil-qərargahına hücum planları barədə açıqlama yayıblar.

APA-nın məlumatına görə, Çexiya Təhlükəsizlik və İnformasiya Xidmətinin mətbuat katibi Yan Şubert telekanallardan birinə müsahibəsində bildirib ki, İraq diktatoru ABŞ Konqresi tərəfindən maliyyələşdirilən “Azadlıq” radiosunun Praqadakı mənzil-qərargahına hücum etməklə radionun İraq ərazisində yayımını dayandırmaq məqsədi güdüb.

İraq xüsusi xidmət orqanları hücum zamanı qumbaraatanlardan və “Kalaşnikov” avtomatlarından istifadə etməyi planlaşdırırmışlar. Lazım olan miqdarda silah İraq diplomatlarından birinin avtomobilində Çexiya ərazisinə keçirilib. Əməliyyat üçün radiostansiyanın qonşuluğunda hansısa firma üçün ofis də kirayələnibmiş.

Maraqlıdır ki, Yan Şubert hücumun vaxtı və qarşısının necə alınması barədə heç bir məlumat verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR