Bank Of Baku

Qarabağ mövzusu və Xocalı soyqırımı ilə bağlı yazı müsabiqəsinə sənədlərin qəbulu davam edir

Qarabağ mövzusu və Xocalı soyqırımı ilə bağlı yazı müsabiqəsinə sənədlərin qəbulu davam edir
# 02 dekabr 2009 09:55 (UTC +04:00)
Bakı-APA. Mətbuat Şurası və “Xocalı soyqırımını Tanıtma” İctimai Birliyinin “Azərsun Holdinq”in maliyyə dəstəyi ilə Xocalı soyqırımı ilə bağlı mövzunun mediada daha peşəkar işıqlandırılması məqsədilə jurnalistlər arasında keçirdiyi müsabiqəyə sənədlərin qəbulu gələn il fevralın 10-dək aparılacaq. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, bu ilin sentyabr ayında elan edilən müsabiqəyə gələn ilin fevralın 5-dək qəzet, jurnal və informasiya agentliklərində gedən, Qarabağ mövzusu və Xocalı faciəsi ilə bağlı nümunələr verilə bilər. Materiallar üçün həcm və dil məhdudiyyəti nəzərdə tutulmur. Məqalələr Azərbaycan Mətbuat Şurasına çap və elektron formada təqdim olunmalıdır.
Qaliblərə mükafatlar fevralın 24-də Xocalı soyqırımının ildönümü ərəfəsində təqdim olunacaq. Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

Birinci yer-1 nəfər-1000 AZN
İkinci yer-2 nəfər- 650 AZN
Üçüncü yer-3 nəfər- 300 AZN

5 nəfərə həvəsləndirici mükafat təqdim olunacaq.

Müsabiqədə Qarabağ mövzusunun və Xocalı soyqırımının təbliğində yaxından iştirak edən ən yaxşı bir xarici KİV-ə xüsusi diplom təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR