Bank Of Baku

Umud Mirzəyev BMT-nin nümayəndəsi ilə görüşüb

Umud Mirzəyev BMT-nin nümayəndəsi ilə görüşüb
# 04 dekabr 2009 13:52 (UTC +04:00)
Bakı-APA. BMT-nin İqtisadi-sosial Şurasının konsultativ statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev BMT-nin Azərbaycandakı nümayəndəliyinin ictimai informasiya departamentinin təmsilçisi Envera Selimoviçlə görüşüb. BAMF-dən APA-ya verilən məlumata görə, bu günlərdə Avstriyada səfərdə olduğunu deyən U. Mirzəyev BMT-nin İnformasiya Xidmətinin direktoru Maher Nasser, BMT-nin Vyana Xəbər və Mətbuat Əlaqələri ofisinin informasiya məmuru Anne Tomas, həmçinin BMT İnformasiya Xidmətinin QHT-lərlə iş üzrə ofisinin əlaqələndiricisi Maria Naderhirn ilə görüşdüyünü bildirib.
BAMF-dakı görüşün Vyanada aparılan müzakirənin davamı olduğunu qeyd edən U.Mirzəyev BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə nümayəndəliyi ilə sıx əlaqə saxlanılmasının davam etdiriləcəyini söyləyib.

BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kəbirin iştirakı ilə keçən görüşdə vətəndaş cəmiyyətinin inkişafı uğrunda səylərin artırılması, jurnalist peşəkarlığının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR