Bank Of Baku

“Euronews” kanalının Azərbaycanda yayımı dayandırıla bilər

“Euronews” kanalının Azərbaycanda yayımı dayandırıla bilər
# 05 dekabr 2009 12:05 (UTC +04:00)
Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, artıq “Euronews” kanalı məsələyə reaksiya verərək Azərbaycanın mövqeyinin də əks olunduğu veriliş hazırlanacağını və balansı qoruyacağını bildirib: “Əgər onlar balansı qorumasalar, kanalın Azərbaycanın kabel yayımı şəbəkəsində yayılmasında problemlər ortaya çıxacaq. Biz adekvat tədbirlər görəcəyik. Hazırda “Euronews” kanalı demək olar ki, Azərbaycandakı bütün kabel televiziyaları vasitəsilə yayımlanır”.

Qeyd edək ki, “Euronews” kanalında Azərbaycanın işğal altında olan ərazilərindən hazırlanan reportajda Dağlıq Qarabağın separatçı rejimi müstəqil dövlət, separatçıların başçısı Bako Saakyan isə qondarma qurumun “prezidenti” kimi təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR