Bank Of Baku

Azərbaycanlı tələbələr “Euronews”un mərkəzi ofisi qarşısında aksiya keçirməyi planlaşdırır

Azərbaycanlı tələbələr “Euronews”un mərkəzi ofisi qarşısında aksiya keçirməyi planlaşdırır
# 05 dekabr 2009 15:56 (UTC +04:00)
Onun sözlərinə görə, aksiyanın gələn həftə ərzində keçirilməsi planlaşdırılır. Aksiyada Avropada təhsil alan azərbaycanlı tələbələr, həmçinin Fransada yaşayan soydaşlarımızın iştirakı planlaşdırılır.

Aksiya iştirakçıları “Euronews” kanalının Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsini müstəqil respublika kimi təqdim etdiyi verilişin yayımına etirazlarını bildirəcək, şüarlar səsləndirəcəklər.

Qeyd edək ki, “Euronews” kanalında Azərbaycanın işğal altında olan ərazilərindən hazırlanan reportajda Dağlıq Qarabağın separatçı rejimi müstəqil dövlət, separatçıların başçısı Bako Saakyan isə qondarma qurumun “prezidenti” kimi təqdim olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi bu fakta etirazını bildirib. Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə bildirib ki, əgər “Euronews” kanalı balansı qorumasa, kanalın Azərbaycanın kabel yayımı şəbəkəsində yayılmasında problemlər ortaya çıxacaq: “ Biz adekvat tədbirlər görəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR