Bank Of Baku

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveçə səfərə gedir

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveçə səfərə gedir
# 07 dekabr 2009 10:03 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti dekabrın 7-dən 13-dək İsveçin paytaxtı Stokholm şəhərində işgüzar səfərdə olacaq. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun icraçı direktoru Vüqar Səfərlinin rəhbərlik edəcəyi heyətin tərkibinə fondun Müşahidə Şurasının üzvləri – Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva və fondun əməkdaşı Vüsal Heydərov daxildir.

Səfərdə məqsəd fondun beynəlxalq əlaqələrini genişləndirmək, KİV-lərə dövlət dəstəyi sahəsində beynəlxalq təcrübəni öyrənmək, Stokholm şəhərində İsveçin Mətbuata Maddi Yardım Təşkilatının rəhbərləri ilə görüşmək, yardım almış media qurumlarının təcrübəsi ilə tanış olmaq və gələcəkdə bu təcrübədən faydalanmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR