Sergey Lavrov: “Bu gün məsuliyyətli siyasət qədər məsuliyyətli jurnalistikaya da böyük ehtiyacımız var”

Sergey Lavrov: “Bu gün məsuliyyətli siyasət qədər məsuliyyətli jurnalistikaya da böyük ehtiyacımız var”
# 09 dekabr 2009 09:43 (UTC +04:00)
APA-nın Moskvada keçirilən Avropa və Asiya Media Qurumlarının Forumunun işini işıqlandıran əməkdaşının verdiyi məlumata görə, bu sözləri tədbirdə söylədiyi açılış nitqində Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib. XİN başçısı MDB ölkələri arasında münasibətlərin qurulmasının Rusiyanın xarici siyasətinin mühüm xarici siyasət prioritetlərindən biri olduğunu bildirib: “MDB çərçivəsində kütləvi informasiya vasitələri ilə bu və ya digər dərəcədə bağlılığı olan bir sıra strukturlar yaradılıb. Kütləvi informasiya vasitələri istənilən cəmiyyətin həyatında mühüm rol oynayır və oynayacaq. Hadisələrin peşəkar və obyektiv şəkildə işıqlandırılması bizim üçün çox vacibdir. Bu gün ağıllı və məsuliyyətli siyasətə ehtiyac olduğu kimi, məsuliyyətli jurnalistikaya da böyük ehtiyac var”. Sergey Lavrov Rusiyanın gələn il MDB-yə sədrlik edəcəyini xatırladaraq münasibətlərin daha da dərinləşməsi yollarına dair forum iştirakçılarının fikirlərini dinləməyə hazır olduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR