Bank Of Baku

Mətbuat Şurasında Avropa Şurasının ekspertləri ilə görüş keçirilib

Mətbuat Şurasında Avropa Şurasının ekspertləri ilə görüş keçirilib
# 09 dekabr 2009 09:51 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasında Bakıda səfərdə olan Avropa Şurasının ekspertləri Manuel Lukbert və Devid Qoldberqlə görüş keçirilib. Şuradan APA-ya verilən məlumata görə, görüşdə məqsəd Avropa Şurasının və Avropa Komissiyasının ifadə, məlumat və media azadlığı ilə bağlı ölkəmizdə reallaşdırdığı proqramlar ətrafında dəyərləndirmələr aparmaqdan ibarət olub.

MŞ sədrinin müavini Umud Rəhimoğlu çıxışında diqqəti şuranın media-hakimiyyət, media-ictimaiyyət münasibətlərinin tənzimlənməsindəki roluna çəkib. Qurumun mövcud istiqamətdə bir sıra layihələr həyata keçirdiyini deyən U. Rəhimoğlu şuranın iş prinsiplərinin daha əhatəli fəaliyyətə imkan verdiyini vurğulayıb.
Avropalı ekspertlər çıxışlarında həyata keçirdikləri missiya barədə ətraflı məlumat veriblər. Onların sözlərinə görə, səfərləri Avropa Komissiyası ilə Avropa Şurasının Cənubi Qafqaz və Moldovada ifadə, məlumat və media azadlığı mövzusundakı birgə proqramının icrası ilə bağlı dəyərləndirmələr aparmaq məqsədindən irəli gəlir.
Qonaqlar gələcəkdə bu ölkələrdə medianın inkişafı üçün görülməsi zəruri olan işlərə dair araşdırmalar apardıqlarını bildiriblər.

Görüşdə Azərbaycanda söz və mətbuat azadlığının durumu, mövcud çətinliklər və pozitiv cəhətlər ətrafında diskussiyalar da aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR