Bank Of Baku

ATƏT-in Bakı ofisi jurnalistlər və mətbuat xidmətlərinin nümayəndələri üçün təlimlərə başlayır

ATƏT-in Bakı ofisi jurnalistlər və mətbuat xidmətlərinin nümayəndələri üçün təlimlərə başlayır
# 09 dekabr 2009 09:55 (UTC +04:00)
Bakı – APA. ATƏT-in Bakı ofisi Azərbaycan Prezident Administrasiyasının dəstəyi ilə jurnalistlər və hökumət orqanlarında çalışan mətbuat xidməti təmsilçiləri üçün təlim sessiyalarına başlayır. Ofisdən APA-ya verilən xəbərə görə, müxtəlif media orqanlarını təmsil edən redaktor və jurnalistlər üçün keçiriləcək üç günlük təlimlər zamanı informasiya əldə etmək haqqında 2005-ci ildə qəbul olunmuş qanuna əsaslanaraq obyektivlik, qərəzsizlik və ictimai məsuliyyətə dair jurnalistika standartlarına, eləcə də rəsmi məlumatın istifadəsinə xüsusi diqqət yetiriləcək. Bu mövzuları müzakirə etmək üçün sessiyalar zamanı media nümayəndələrinin fəal iştirakı ilə praktik məşğələlər və jurnalistlərin yazdıqları nümunələrdən istifadə olunacaq.

Daha sonra ATƏT-in Bakı ofisi hökumət orqanlarının mətbuat xidmətlərinin təmsilçiləri üçün üç günlük təlimlər keçirəcək. Ofisin rəhbəri, səfir Bilgə Cankorel bildirib ki, rəsmi məlumatın əldə olunmasının sağlam demokratiya üçün əhəmiyyətini iki səbəblə izah etmək olar: “Birincisi, bu, vətəndaşlara daha məsuliyyətli seçim etmək imkanı verir. İkincisi isə hökumətin monitorinqi funksiyasını yerinə yetirir. Vətəndaşlar və media bu yolla seçilmiş təmsilçilərin vədlərinə sadiqliyini və onları seçmiş insanların arzularını necə yerinə yetirdiyini müşahidə edə bilərlər. Mən ümid edirəm ki, peşəkar dəyərləri və rəsmi məlumatın məsuliyyətli istifadəsinin əhəmiyyətini vurğulayan təlim sessiyalarından həm hökumət, həm də media nümayəndələri əhəmiyyətli dərəcədə bəhrələnəcək”.

Beynəlxalq ekspertlərin keçirəcəyi təlim sessiyalarının sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR