Bank Of Baku

Rusiyalı nazir: “Postsovet məkanının kütləvi informasiya vasitələri problemlərin həlli üçün ümumi yollar tapmalıdır”

Rusiyalı nazir: “Postsovet məkanının kütləvi informasiya vasitələri problemlərin həlli üçün ümumi yollar tapmalıdır”
# 09 dekabr 2009 10:22 (UTC +04:00)
Moskva -APA. “Postsovet məkanının kütləvi informasiya vasitələri öz aralarında hansı fərqlərin olduğunu düşünməkdən daşınmalı, əksinə problemlərin həlli üçün ümumi yollar tapmalıdır”. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu fikirləri Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri İqor Şeqolev Moskvada keçirilən Avropa və Asiya Media Qurumlarının Forumunda çıxışı zamanı söyləyib. Nazir forum çərçivəsində müasir texnologiyalar, kütləvi informasiya vasitələrinin öz fəaliyyətini nizamlaması, müəllif hüquqlarının müdafiəsi məsələlərinin müzakirəsini mühüm sayıb: “Çünki hazırda Kütləvi informasiya vasitələrinin özünü bir sənaye sahəsi kimi saxlaması bu amillərdən çox asılıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR