Bank Of Baku

Dmitri Medvedyev: “Avropa və Asiyanın media qurumları arasında ideologiyadan kənar daimi dialoq qurulmalıdır” - YENİLƏNİB - FOTOSESSİYA

Dmitri Medvedyev: “Avropa və Asiyanın media qurumları arasında ideologiyadan kənar daimi dialoq qurulmalıdır” - <font color=red>YENİLƏNİB - FOTOSESSİYA</font>
# 09 dekabr 2009 10:55 (UTC +04:00)
O hazırda bu istiqamətdə ilkin addımlar atıldığını deyib: “Rusiyada rəqəmsal yayımın həyata keçirildiyi bir neçə ərazi var. Ümidvaram ki, 2015-ci ildə rəqəmsal televiziya yayımını tam həyata keçirə biləcəyik. Bu məqsədlə federal büdcədən və kommersiya qurumları tərəfindən milyardlarla pul ayrılması nəzərdə tutulur. Bu proses bütün MDB məkanında gedəcək. Mənə elə gəlir ki, rəqəmsal yayıma keçid prosesinin bütün MDB məkanında sinxron şəkildə getməsi daha məqsədəuyğun olardı”.

Rusiya prezidenti bildirib ki, Avropa və Asiyanın media qurumları arasında ideologiyadan kənar daimi dialoq qurulmalıdır: “Bu dialoq prosesini daimi, bərabərhüquqlu, praqmatik əsaslarda qurmaq lazımdır. Biz fərqli olsaq da, ümumi köklərə malikik. Yeni şəraitdə bir-birimizi dinləməyi və anlamağı öyrənmək lazımdır. Kütləvi informasiya vasitələrinin müasir texnologiyalar bazasının və peşəkar kadrlarının olması – müstəqil və güclü dövlətin atributudur”.

Dmitri Medvedyev internet-gündəlikləri hakimiyyət təmsilçiləri ilə sadə insanlar arasında yaxşı ünsiyyət vasitəsi adlandırıb: “Hesab edirəm ki, bloqlar dünyada və ölkədə baş verən hadisələr barədə operativ informasiya almaq üçün pis ünsiyyət forması deyil. Digər tərəfdən bloqlar insana özünü jurnalist kimi hiss etmək imkanı yaradır”. Prezident bu günlərdə şəxsi video-bloqunun yaratdığını və bütün vətəndaşların o bloqa məktub öz fikirlərinin yaza biləcəyini deyib: “Mənim ardımca Rusiyanın bir çox regionların rəhbərləri də analoji bloqlar yaradıblar. Çalışıram bu işlə şəxsən özüm məşğul olum, mənim informasiya fəaliyyətimdə hər halda müəyyən peşəkarlıq da var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR