Bank Of Baku

Dmitri Medvedev: “Gürcüstanda istehsal edilmiş məhsulların Rusiyada satışında problem olmamalıdır”

Dmitri Medvedev: “Gürcüstanda istehsal edilmiş məhsulların Rusiyada satışında problem olmamalıdır”
# 09 dekabr 2009 11:25 (UTC +04:00)
Bakı – APA. “Gürcüstanda istehsal olunmuş məhsullar Rusiyaya qanuni gətirilibsə, bu malların ölkədə satışında heç bir problem olmamalıdır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri agentliyin Moskvada təşkil etdiyi Avropa və Asiya Mediası Forumunda Rusiya prezidenti Dmitri Medvedev deyib. Gürcüstan jurnalistinin sualını cavablandıran D. Medvedev bildirib ki, Gürcüstan məhsulları da digər idxal olunmuş mallar kimi Rusiyada qəbul edilməli və satılmalıdır: “Çalışın hər şey qanuni yolla olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR