Bank Of Baku

Fuad Axundov: “Avropa və Asiya Media Qurumlarının Forumunun nəticələri postsovet məkanında münaqişələrin nizamlanması baxımından mühüm əhəmiyyət kəsb edə bilər”

Fuad Axundov: “Avropa və Asiya Media Qurumlarının Forumunun nəticələri postsovet məkanında münaqişələrin nizamlanması baxımından mühüm əhəmiyyət kəsb edə bilər”
# 09 dekabr 2009 12:08 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu fikirləri Moskvada keçirilən Avropa və Asiya Media Qurumlarının Forumunda çıxışı zamanı Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov söyləyib. O, Rusiya mass-mediasının Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyə də münasibət bildirib: “Çox istərdik ki, Rusiya mediası nəhayət sakitləşsin və imkan versin ki, iki xalq təkrarən 80-ci, 90-cı illərə qayıtmasın”.

Fuad Axindov bir sıra Rusiya kütləvi informasiya vasitələrində yer alan “Münaqişələrin həlli prosesinin uzanması prosesi Rusiyaya sərf edir” fikrindən təəccübləndiyini deyib: “Ümidvaram ki, MDB ölkələrinin, xüsusilə də Rusiyanın kütləvi informasiya vasitələri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə yardım edəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR