Bank Of Baku

Cənub bölgəsində fəaliyyət göstərən KİV nümayəndələri üçün dəyirmi masa keçirilib

Cənub bölgəsində fəaliyyət göstərən KİV nümayəndələri üçün dəyirmi masa keçirilib
# 09 dekabr 2009 14:28 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Azərbaycan Jurnalistlər Birliyinin (AJB) Lənkəranda fəaliyyət göstərən Media Resurs Mərkəzi “Jurnalistlərin Media Resurs Mərkəzi” layihəsi çərçivəsində yerli KİV-in və QHT-lərin iştirakı ilə “Region KİV-lərinin maddi-texniki vəziyyəti: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirib. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Xaqani İbadov bildirib ki, yerli jurnalistlərin və qəzetlərin vəziyyəti nikbinliyə əsas vermir: “Bölgədə fəaliyyət göstərən qəzet redaksiyalarının əksəriyyətində ən zəruri texniki vasitələr belə, yoxdur. Bu isə onların mütəmadi çıxmasında və yayılmasında ciddi problem yaradır”.

Dəyirmi masada iştirak edən yerli qəzetlərin baş redaktorları, jurnalistlər yerli qəzet bazarının olmamasını, region qəzetlərinə reklam verilməməsini əsas problem kimi qeyd ediblər. Tədbirdə səslənən çıxışlarda yerli KİV nümayəndələrinin fəaliyyətini tənzimləmək üçün Əlaqələndirmə Şurasının yaradılması vacib hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR