Azərbaycan Prezident Administrasiyasının sektor müdiri: “Bütün biznes kapitanlarına məsləhət görərdim ki, Ermənistan-Azərbaycan münaqişəsi məsələsində pauza versinlər”
- Bu foruma çox yüksək qiymət verirəm və Azərbaycanın bu tədbirə qatılmasının səbəbi də budur. Rusdilli məkanın mövcud olmadığına dair fikirlərə baxmayaraq, belə bir məkan mövcuddur. Biz hamımız vahid informasiya məkanında yaşayırıq. Və burada kobud şəkildə desək biznes kapitanları – kütləvi informasiya vasitələrinin rəhbərləri çıxış edirsə, onlardan çox-çox şey asılıdır. Əsasən də sabah, yaxın gələcəkdə və uzaq perspektivdə informasiya məkanının ümumi şəklinin necə olacağı.
Bildiyiniz kimi öz çıxışımda qeyd etdim ki, Ermənistan-Azərbaycan münaqişəsində Rusiya yeganə ölkədir ki, nizamlanma prosesində prezident səviyyəsində çox aktiv iştirak edir. Rusiya prezidenti həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistan prezidenti Serj Sərkisyanla görüşür. Buna görə də bütün biznes kapitanlarına məsləhət görərdim ki, Ermənistan-Azərbaycan münaqişəsi məsələsində pauza versinlər, xalqlara öz aralarında razılığa gəlməyə imkan yaratsınlar, öz intonasiyalarına fikir versinlər. Bu fikrim qəbul olundu, kuluarlarda Rusiya kütləvi informasiya vasitələrinin rəhbərləri bildirdilər ki, bu son dərəcə düzgün yanaşmadır – xalqlara öz aralarında razılığa gəlməyə imkan yaratmaq lazımdır. Çox qısa müddət ərzində Dövlət Duması, 10 gün sonra İctimai Palata Azərbaycan, Ermənistan və Rusiya ziyalıları, media rəhbərləri üçün dəyirmi masa təşkil etmişdilər. Buna görə də biz əlbəttə ki, bu forumda iştirak etməli, iradə nümayiş etdirməli və görüşməliyik. Bizi burada qəbul edir və anlayırlar. Bizi bu gün anlayırlar v anlayırlar ki, artıq bu münaqişəyə son qoyulmalıdır. İndi 80-ci, 90-cı illər deyil, bəzi kütləvi informasiya vasitələri artıq sakitləşməlidir.
Mən burada faktlar topladım və bu faktlar əsasında təklif edirəm ki, media sahəsində çalışan bəzi şəxsləri “persona non-qrata” elan eləmək lazımdır. Mənə yaxınlaşıb, soruşurlar ki, bunu deyəndə nəyi nəzərdə tuturam – onları işdən qovmaq lazımdır? Cavab verirəm ki, yox. Sadəcə KİV rəhbəri həmin adama deməlidir ki, mənim media qurumumda sənə yer yoxdur, çünki sən millətlərarası ədavəti qızışdırırsan. Söz azadlığı var, get internetdə öz saytını aç və nə istəyirsən, yaz, amma mənim reytinqli agentliyimdə yaxud başqa kütləvi informasiya vasitəsində sadəcə sənə yer yoxdur. Hesab edirəm ki, bu praktikanı tətbiq etməyə başlamaq lazımdır.
- Biz hamımız Rusiyanın “Reqnum” agentliyinin timsalında tamamilə qeyri-obyektiv antiazərbaycan isterikasının şahidi olduq. Sizcə bu kimi hallardan qaçmaq və belə hallara yol verməmək üçün nə etmək lazımdır?
- Siz elə bizim siyahıda adı keçən və bu kimi işlərlə məşğul olan agentliyin adını çəkdiniz. Biz bu məsələ ilə məşğul olacağıq. Tamamilə düz qeyd etdiniz – belə kütləvi informasiya vasitələri arasında “Reqnum” agentliyi də var. Bir də “REN TV” kanalını qeyd etmək istəyirəm, bu kanal yuxarıda qeyd etdiyimi dəyirmi masalar keçirilən zaman son dərəcə qeyri-peşəkar hazırlanmış, millətlərarası ədavəti qızışdıran reportaj yayımlamışdı. Başqa KİV-lərdə də belə faktlar var və biz onlarla söhbət edəcəyik.
- Rusiya prezidenti Dmitri Medvedyevin forumdakı çıxışını necə dəyərləndirirsiniz?
- Fikrimcə, Rusiya prezidenti kifayət qədər konkret danışdı. Hətta onun bir prezident kimi deyil, jurnalistlərin həmkarı kimi çıxış etməyi çox xoşuma gəldi. Həmdə qeyd etmək lazımdır ki, Dmitri Medvedyev müəyyən mənada bir ilkə imza atıb – o nəinki öz bloqunu yaradıb, bu bloqda canlı jurnal da yerləşdirib, hansı ki burada insanlar nəinki məktub yaza, hətta bir-biriləri ilə söhbət edə bilərlər. Bildiyim qədər, indiyədək başqa heç kim belə bir addım atmayıb. Buna görə Rusiya prezidentini həm də informasiya texnologiyaları mütəxəssisi adlandırmaq olar, o məhz bu ruhda çıxış elədi. Onun çıxışı çox dolğun, pozitiv idi və hələ uzun müddət müzakirə olunacaq.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib