Avropa Şurasının media ilə bağlı nəşr etdiyi kitabların təqdimatı keçirilib

Avropa Şurasının media ilə bağlı nəşr etdiyi kitabların təqdimatı keçirilib
# 10 dekabr 2009 10:49 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Media ilə bağlı Avropa Şurasının Azərbaycan dilində nəşr etdiyi iki kitabın təqdimatı keçirilib. APA-nın xəbərinə görə, AŞ-nin Azərbaycandakı informasiya ofisinin rəhbəri İlqar İbrahimli təqdimatın İnsan Hüquqları Günündə keçirilməsinin təsadüf olmadığını deyib. “Birgə yaşayış - medianın sosial vəhdətə, mədəniyyətlərarası dialoqa, anlaşmaya, tolerantlığa və demokratik proseslərdə iştiraka yardımına dair Avropa Şurasının standartları haqqında məlumat kitabı” və “Böhran vaxtlarında ifadə azadlığı - Avropa Şurası Nazirlər Komitəsinin rəhbər tövsiyələri” adlı kitablar media sahəsində AŞ standartları və medianın hüquqları barədə məlumatlardan ibarətdir. Kitablar siyasətçilər, hökumət nümayəndələri, pedaqoqlar, media təmsilçiləri, qeyri-hökumət təşkilatları, müxtəlif ictimai qurumlar və gənclər üçün nəzərdə tutulub.

Azərbaycanda AŞ-nin xətti ilə həyata keçirilən layihədə iştirak edən müstəqil ekspert Devid Qoldberq Azərbaycanda media sahəsində vəziyyəti qiymətləndirdiklərini, Mətbuatın İnkişafına Dəstək Fondunun fəaliyyəti ilə tanış olduqlarını söyləyib. Onun sözlərinə görə, Azərbaycan AŞ-nin üzvü olduğu üçün burada Avropa standartları tətbiq olunmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR