Bank Of Baku

Mətbuat Şurası “KİV-də milli-mənəvi dəyərlərin işıqlandırılması” mövzusunda təlim kursu keçirib - FOTO

Mətbuat Şurası “KİV-də milli-mənəvi dəyərlərin işıqlandırılması” mövzusunda təlim kursu keçirib - <font color=red>FOTO</font>
# 14 dekabr 2009 14:20 (UTC +04:00)
Bakı-APA. Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Təlim kurslarının təşkili, media peşəkarlığının artırılmasında başlıca amil kimi” layihəsi çərçivəsində növbəti kursunu keçirib. Şuradan APA-ya verilən məlumata görə,
“KİV-də milli-mənəvi dəyərlərin işıqlandırılması” mövzusunda baş tutan təlim kursunda məşğələni Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Şamil Vəliyev aparıb. Ş. Vəliyev media təmsilçilərinə KİV-də milli-mənəvi dəyərlərin işıqlandırılmasında təzahür edilən xüsusiyyətləri barədə məlumat verib. O, həmçinin jurnalistlərin mövzunu işləyərkən diqqət yetirməli olduqları məqamları praktikada özünü göstərən faktlar əsasında təhlil edib, konkret tövsiyyər verib.

Qeyd edək ki, bu, Şuranın mövcud layihə çərçivəsində həyata keçirdiyi sayca 6-cı təlim kursudur. Qurum dekabr ayı ərzində bir neçə digər mövzularda da məşğələlərin təşkilini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR