Bank Of Baku

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveçdə səfərdə olub

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveçdə səfərdə olub
# 15 dekabr 2009 07:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveçdə səfərdə olub. Bu barədə APA-ya Fondun mətbuat xidmətindən məlumat verilib.

Fondun icraçı direktoru Vüqar Səfərlinin rəhbərlik etdiyi heyət dekabrın 7-dən 13-dək Stokholm şəhərində kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi ilə əlaqədar İsveç təcrübəsini öyrənib. Azərbaycan nümayəndə heyəti, həmçinin İsveçdə bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının strukturu, iş prinsipləri və fəaliyyəti ilə tanış olub, Azərbaycanda yeni formalaşmış Fond haqqında məlumat verərək gələcək əməkdaşlıq formalarını müzakirə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR